AZ

"Liverpul" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

PSJ-nin hücumçusu Qonsalo Ramos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən yaydığı məlumata görə, 24 yaşlı futbolçunun xidmətində "Liverpul", "Mançester Yunayted", "Aston Villa" və "Nyukasl Yunayted" 

klubları maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Futbolçunun özü də daha çox oyun vaxtı əldə etmək istədiyi üçün təklifləri nəzərdən keçirəcək.

“Liverpul”un əsas hədəfinin “Nyukasl”ın hücumçusu Aleksandr İsak olduğu vurğulanır, lakin onu imzalaya bilməsələr, mersisaydlılar Ramos üçün təklifi artıracaqlar.

Ötən mövsüm portuqaliyalı bütün turnirlərdə 46 matçda iştirak edib, 19 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında təqdim olunan məlumata görə, oyunçunun bazar dəyəri 40 milyon avrodur.

Seçilən
53
90deqiqe.az

1Mənbələr