AZ

Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib...

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 14 yaşlı (ad-soyadı dəqiqləşdirilir - red) qız binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Seçilən
50
50
poliqon.info

10Mənbələr