"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messsi zədə alaraq 11-ci dəqiqədə əvəzlənib.
Komandanın baş məşqçisi Xavyer Masçerano matçdan sonra keçirilən mətbuat konfransınfa Messinin vəziyyəti ilə bağlı açıqlama verib:
“Messi dizaltı vətərində narahatlıq hiss etdi. Zədənin dərəcəsi sabaha qədər dəqiqləşəcək. Amma ciddi olma ehtimalı azdı, çünki Messi kəskin ağrı yox, yalnız diskomfort hiss etdiyini bildirdi”.