525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Vyetnamlı futbol hakimi, sabiq FİFA referisi Çan Din Txin mövsümöncəsi yoxlanış zamanı huşunu itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir, göstərilən bütün yardımlara baxmayaraq, referi bir qədər sonra vəfat edib.
Mövsümöncəsi yoxlanışda 4 km qaçmalı olan Txin 3-cü km-də özündən gedib. Stadionda olan tibb personalı ona bütün mümkün yardımları edərək xəstəxanaya çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Txin az sonra canını tapşırıb. Onun ölümünün dəqiq səbəbi hələlik açıqlanmasa da, ilkin ehtimal kimi ürək çatışmazlığı göstərilir.
Qeyd edək ki, 43 yaşlı Çan Din Txin 2019-cu ildə FİFA referisi kimi bir neçə beynəlxalq oyunda hakimlik edib, həmin il Vyetnam Futbol Federasiyası tərəfindən "Gümüş fit" mükafatına layiq görülüb.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.