Amerikalı kinorejissor Frensis Ford Koppola Romadakı Tor Verqata xəstəxanasında ürəyindən əməliyyat olunub.
APA xəbər verir ki, “La Repubblica” qəzetinin məlumatına görə, 86 yaşlı Koppolanın əməliyyatı çoxdan planlaşdırılıb, lakin İtaliyaya gəldikdən dərhal sonra aritmiya səbəbindən təcili xəstəxanaya yerləşdirilib.
Xəstəxana xəstə haqqında məlumat verməkdəm imtina edib..
Qeyd edək ki, Koppola italyan əsillidir. Əfsanəvi rejissor karyerası ərzində beş dəfə Oskar mükafatına layiq görülüb.
O, “Apokalipsis bu gün”, “Xaç atası”, “Drakula” kimi filmləri ilə tanınır.