AZ

Parisdə “Əbədi məşəl”dən siqaret yandıran şəxs saxlanılıb

Paris polisi Zəfər tağında Əbədi məşəldən siqaret yandıran şəxsi saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Fransanın daxili işlər naziri Bruno Retaillo məlumat verib.

“Parisdə “Əbədi məşəl”dən siqaret yandıraraq naməlum əsgərin məzarını ləkələyən şəxs saxlanılıb”, - deyə nazir yazıb.

Nazirin sözlərinə görə, saxlanılan şəxs həbs edilib, o, bu əməli törətdiyini etiraf edib. "O, məhkəmə qarşısına çıxacaq" deyən Retaillo cinayətkarın hərəkətlərini pisləyib.

Seçilən
22
ucnoqta.az

1Mənbələr