EFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada "Şkendiya" və "Qarabağ" komandaları arasında keçirilən ilk oyun başa çatıb...
Trend-in məlumatına görə, Skopyedə yerləşən "Todor Proeski" stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında hesab açılıb.
"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.
Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma "Todor Proeski” stadionunda keçirilir.
Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Şkendiya” (Şimali Makedoniya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, “Todor Proeski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Kochalski, Silva, Zoubir, Addai, Mustafazade, Leandro Andrade, Kady, T. Bayramov, Pedro Bicalho, Medina, Akhundzade
"Şkendiya: Gaye, Trumçi, Ramadani, Cake, Alhassan, B. Ibraimi, Krasniqi, Webster, Fetai, Tamba, Latifi
Poliqon.info