AZ

Çində daha bir virus yayılıb 10 minə yaxın yoluxma var

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Çində daha bir virus yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Foşan şəhərində ağcaqanadlardan keçən "çikunqunya virusu"na yoluxanların sayı artıq 10 min nəfəri ötüb.

Məlumata görə, ağcaqanad dişləməsi ilə sürətlə yayılan yeni virusa ən çox Sunde rayonunda rast gəlinib: "Son 3 gündə  bu rayonda 4 minə yaxın adıçəkilən virusa yoluxub. Təəssüf ki, əlverişsiz hava şəraiti bu virusun daha sürətli yayılmasına stimul verir"

Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, ağcaqanad dişləməsi ilə keçən çikunqunya virusu qızdırma və oynaq ağrılarına səbəb olur: "Nadir hallarda ölümcül olan chikungunya xəstələrinin müalicəsi üçün peyvənd var. \hali mütləq bu peyvəndi qəbul etməlidir".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
1
mia.az

2Mənbələr