UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” ilə qarşılaşmadan “Qarabağ” komandası qalib ayrılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüşdə Ağdam klubu 1:0 hesablı qalib gəlib.
Qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə ediblər.