AZ

"Qarabağ"dan ayrılan müdafiəçi “Difai”yə üz tutdu

Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi Nihad Həsənzadəni rənglərinə bağlayıb. B

u barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi ilə klub arasında 1 illik müqavilə imzalanıb.

Nihad Həsənzadənin son komandası 2023-25-ci illərdə formasını geyindiyi "Qarabağ-2" olub.

O buna qədər "Şamaxı-2 " komandasında çıxış edib. Eyni zamanda Həsənzadə Azərbaycanın U-19 milli komandasının şərəfini qoruyub.

Seçilən
16
45
sportinfo.az

10Mənbələr