AZ

Dövlət Departamenti: ABŞ Qəzzanın bütün girovlarının azad edilməsinə diqqət yetirir

ABŞ administrasiyası əvvəlki kimi Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini hədəfləyir.

"Report"un məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus keçirdiyi brifinqdə deyib.

Ondan İsrailin siyasi rəhbərliyinin Qəzza zolağının “tam işğalı” ilə bağlı qərar qəbul etməyə yaxın olduğu barədə xəbərləri şərh etməsi istənilib. "İsrailin planları ilə bağlı sizi İsrail hökumətinə yönləndirəcəyik", - o, cavab verib.

"Bəyanatlar başqa şeydir, real planlar isə tamam başqa. Biz xarici hökumətlərin bəyanatlarını şərh etmirik", - mətbuat xidmətinin rəhbəri davam edib.

“Biz əvvəlki kimi girovları, o cümlədən iki amerikalının qalıqlarını azad etməyi və radikal Fələstin hərəkatı HƏMAS-ın Qəzzanı bir daha heç vaxt idarə etməməsini hədəfləyirik”, - o deyib.

Seçilən
32
50
report.az

10Mənbələr