AZ

Sumqayıtda itkin düşən 16 yaşlı qız tapıldı

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib.

 

Senzor.az bildirir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Facebook hesabında paylaşım edib.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli də bildirib ki, Sumqayıt şəhərində yaşayan 16 yaşlı yeniyetmənin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etməsi və geri dönməməsi barədə polisə məlumat daxil olub. Həmin şəxs polis əməkdaşları tərəfindən axtarışa elan edilib, tədbirlərlə yeri müəyyən olunaraq tapılıb və ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, avqustun 2-də Sumqayıtda 16 yaşlı yeniyetmə qız yaşadığı evi tərk etmişdi.

Seçilən
39
5
senzor.az

10Mənbələr