AZ

Serbiyalı nazir canlı yayımda insult keçirdi

Serbiyada nazir canlı efirdə çıxış edən zaman insult keçirib.

 

Bu barədə “Veçernıye Novosti” nəşri məlumat yayıb.

 

Bildirilir ki, dövlət investisiyaları naziri, hakim Serbiya Tərəqqi Partiyasının rəsmisi Darko Qlişiç Pink TV-nin efirində çıxış edərkən insult keçirib.

 

Serbiyanın səhiyyə naziri Zlatibor Loncarın jurnalistlərə verdiyi məlumata görə, Qlisiç hazırda huşsuzdur. Onun vəziyyəti ağır qiymətləndirilir. 

 

Serbiya Prezidenti Aleksandr Vuçiç məmurun vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedib.

Seçilən
5
2
senzor.az

3Mənbələr