AZ

Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyətinin qənaət bəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanın balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

Seçilən
48
21
senzor.az

10Mənbələr