Ucarda zəncirvari yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.
Hadisə zamanı "VAZ 2106", “VAZ 2107” və "NAZ Lifan" markalı minik avtomobilləri toqquşub.
Nəticədə Ucar rayonunun Lək kənd sakinləri; 1993-cü il təvəllüdlü Vahid Vaqif oğlu Abışov, 1983-cü il təvəllüdlü Pərviz Əmirxan oğlu Cəbrayılov və Qazyan kənd sakini, 2004-cü il təvəllüdlü İsa Əli oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.