AZ

ABŞ təyyarəsi Rusiya sərhədini keçdi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun istifadə etdiyi eyni tipli Amerika təyyarəsi Rusiya hava məkanına keçib.

Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" məlumat yayıb.

Mövcud məlumata görə, Floridadan havaya qalxan "Bombardier Global 7500" təyyarəsi Bakı vaxtı ilə saat 07:11 radələrində Rusiya hava məkanına daxil olub.

Avqustun 5-də "Reuters" məlumatlı mənbəyə istinadla yazıb ki, Vitkoff Rusiya liderləri ilə görüşlər üçün çərşənbə günü Moskvaya gələcək.

Seçilən
65
publika.az

1Mənbələr