AZ

Tramp FED rıhbərliyinəa dörd namizədi nəzərdən keçirir

ABŞ prezidenti bu həftə ərzində qərar verəcəyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə (FED) sədr təyin olunması üçün dörd namizədin adının gündəmdə olduğunu açıqlayıb. Hazırda bu vəzifəni Cerom Pauell icra edir.

“Məsələ ilə bağlı dörd namizəd var və biz onların hər birini nəzərdən keçiririk”, deyə Tramp jurnalistlərə bildirib.

Tramp əlavə edib ki, bu həftənin sonunadək FED-in İdarə Heyətində vakant yeri tutacaq şəxslə bağlı da qərar veriləcək. Qeyd olunub ki, Adriana Kuqler 8 avqust tarixində postunu tərk edəcək. Prezident onu da deyib ki, namizədlərin sayı artıq azalıb və ya daimi, ya da dörd aylıq təyinat ediləcək.

Donald Tramp daha əvvəl dəfələrlə FED-in uçot dərəcəsini endirməli olduğunu bildirib və qurumun bunu siyasi səbəblərlə etmədiyini iddia edib.

Xatırladaq ki, 30 iyulda FED uçot dərəcəsini 4,25–4,5% səviyyəsində saxlayıb. Cerom Pauellin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır və o, istefaya getmək niyyətində olmadığını bəyan edib. FED müstəqil qurumdur və birbaşa olaraq ABŞ Konqresinə hesabat verir.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr