Ukrayna Rusiyanın ilhaq etdiyi Krım yarımadasında yerləşdirilən Rusiya döyüş təyyarələrinə pilotsuz uçuş aparatları ilə hücum edib. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Açıqlamada deyilir ki, ilhaq edilmiş Krım yarımadasındakı hərbi hava bazasında yerləşdirilən Rusiya döyüş təyyarələrinə hücum nəticəsində bir SU-30SM döyüş təyyarəsi tamamilə məhv edilib və üçü SU-24 olmaqla dörd digər döyüş təyyarəsi zərər görüb. Hücum nəticəsində Rusiya ordusunun əhəmiyyətli itkilər verdiyi iddia edilib. Açıqlamada həmçinin qeyd olunub ki, hücum zamanı hava bazasındakı silah anbarı hədəfə alınıb.