AZ

Nigeriyalı hücumçu ilə müqaviləyə xitam verildi

“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, nigeriyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.

Seçilən
41
49
sportinfo.az

10Mənbələr