ABŞ prezidenti Donald Tramp cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.
Adalet.az xəbər verir ki, bu barədə məlumat ABŞ prezidentinin həmin gün üçün dərc olunmuş proqramında yer alıb.
Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birlikdə birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Görüşlərin əsas mövzusu bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacaq.