AZ

Arvadına döyən kişiyə elektron qolbaq taxıldı

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Namiq Məmmədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Namiq Məmmədzadə evdə arvadı, zərərçəkmiş İradə Məmmədzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, arvadının baş, sağ və sol qol nahiyəsinə qəsdən bir neçə yumruq zərbələri vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Namiq Məmmədzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 6 Avqust 2025, 09:04   
Seçilən
13
pravda.az

1Mənbələr