AZ

Qurban Qurbanovdan Kadi açıqlaması

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Kadi Borgesin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya qarşı oyunundan danışıb.

QOL.az xəbər verir ki, o, Skopyedə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib:

“Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı. Amma indi bunu müzakirə etməli deyilik. Çünki rəqibin gücünü də nəzərə almaq lazımdır. Kadiyə qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz". 

Qeyd edək ki, Kadi matçda bir sarı vərəqə alıb, 73-cü dəqiqədə isə əvəzlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
50
qol.az

10Mənbələr