AZ

Qarabağ ın qələbəsi Azərbaycana nə verdi? REYTİNQ

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avrokuboklarda 3-cü təsnifat mərhələsi start götürüb.

Fanat.Az-ın məlumatına görə, ötən gecə baş tutan görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Şimali Makedoniyada "Şkendiya"nı 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 1.875-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.000-a bərabərdir. Qitə sıralamasına tsiklə 29-cu yerdə başlayan, ötən həftə bir pillə irəliləyərək 28-ə yüksələn Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Azərbaycanın ən yaxın izləyicisi Rusiyanın 18,299 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,225-dir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.  

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
fanat.az

4Mənbələr