ain.az bildirir, Modern.az portalına istinadən.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dollar azalıb.
Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 2,05 % azalaraq 69,14 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.