Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yaponiya sakinləri 80 il əvvəl Xirosimaya atom bombası atılması qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tribunainfo.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, faciənin ildönümü ilə bağlı əsas mərasim Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilib.
Ənənəvi olaraq zəngin çalınması ilə qeyd olunan sükut dəqiqəsi yerli vaxtla saat 08:15-də (Bakı vaxtı ilə 03:15) – 1945-ci il avqustun 6-da bombanın partladığı an elan edilib. Bundan sonra Xirosimanın meri Kadzumi Matsui dünyanı nüvə silahından imtina etməyə çağıran bəyannamə oxuyacaq. Daha sonra Baş nazir Şiqeru İsiba çıxış edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.