Bakı, 6 avqust, AZƏRTAC
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində avqustun 6-da yenidənqurma işləri həyata keçiriləcək.
AZƏRTAC “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 8:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, İbo marketin ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, Şüvəlan 16, Çöl Şüvəlan-Mərdəkan 53 adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.