AZ

Azərbaycanlı professor vəfat etdi

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası və Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Səidə Behbudova vəfat edib.

 

Bakıda doğulan Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, sonra dosent kimi fəaliyyət göstərib.

 

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

 

Səidə Behbudova 2000-ci ildə "professor" elmi dərəcəsini alıb.

 

2012-ci ildən ömrünün sonunadək isə Çukurova Universiteti Dövlət Konservatoriyasında fortepianodan dərs deyib.

 

Tarix: 6 Avqust 2025, 10:37   
Seçilən
37
1
pravda.az

10Mənbələr