AZ

Azərbaycanda polad tökmə və armatur üzrə istehsal həcmi açıqlanıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 145,6 min ton polad tökmə istehsal edilib.

Bu barədə TurkicWorld Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,6 min ton və ya 21,4% azdır.

Bu ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 8,1 min ton təşkil edib.

Eyni zamanda, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda 172,7 min ton armatur istehsal edilib ki, bu da illik müqayisədə 22,3 min ton və ya 11,4% azalma deməkdir.

Cari ilin iyulun 1-nə ölkədə hazır məhsul ehtiyatı 35,5 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyun aylarında 594,7 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 3,6%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 12,4% azalma müşahidə olunub.

Seçilən
22
2
turkic.world

3Mənbələr