AZ

Ana südünün önəmi ilə bağlı hansı təbliğat işləri görülüb? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi hər il 1–7 avqust tarixlərində dünyada Ana Südü ilə Qidalanma Həftəsi kimi qeyd olunur. Bu təşəbbüs 1992-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu - UNICEF-in birgə qərarı ilə təsis olunub. Məqsəd, ana südünün körpə sağlamlığı üçün əvəzsiz olduğunu xatırlatmaq, ictimaiyyətdə bu vərdişin qorunmasına və təşviqinə dəstək verməkdir.

Bəs bu həftəlik ölkəmizdə necə keçirilir?

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə sorğu göndərdik. Nazirlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən Ana südü ilə qidalanma həftəsi çərçivəsində maarifləndirici məqalələr ictimaiyyətə təqdim edilib və Nazirliyin Media və kommunikasiya şöbəsi tərəfindən ölkə mediasında da yayımlanması təmin edilib:
 

MÖVZU İLƏ BAĞLI:

Övladına süd verməyən analara XƏBƏRDARLIQ – “Kim süni qidanı tərifləyirsə...”


“Həmçinin, nazirliyin sosial şəbəkə hesablarında maarifləndirici poster və videoçarx paylaşılıb.

Eyni zamanda, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi çərçivəsində aşağıdakı işlər görülüb:

Sosial şəbəkələr vasitəsilə geniş təbliğat aparılıb, maarifləndirici postlar hazırlanaraq paylaşılıb.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə “Körpələri ana südü ilə qidalandıraq” mövzusunda dəyirmi masa təşkil olunub. Körpələrlə yanaşı, ana südü ilə qidalandırmanın anaya da faydalı olduğu bir daha diqqətə çatdırılıb.

İştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanılıb.

İSİM tərəfindən ana südünün faydaları, körpələri ana südü ilə qidalandırmanın əhəmiyyəti barədə maarifləndirmə materialları hazırlanaraq çap olunub, paytaxtda, o cümlədən Neftçala, Salyan rayonları və Şirvan şəhərində paylanılması həyata keçirilib.

Qeyd edək ki, bu tədbirlər Beyləqan və Hacıqabul rayonlarına da təşkil ediləcək.

Bildiririk ki, bu işlər yalnız həftə çərçivəsində deyil, mütəmadi olaraq həyata keçirilir”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
9
bizim.media

1Mənbələr