AZ

Bakı Tbilisi reysində qiymətlər rekord həddə catıb AÇIQLAMA

ain.az bildirir, Sherg.az portalına istinadən.

Natiq Cəfərli: "AZAL tələbi nəzərə alıb reyslərin sayını artırsa, tələb qarşılanar, üstəlik, biletlərin də qiyməti ucuzlaşar, əlçatan olar"

Bakı-Tbilisi aviareyslərinə biletlərin qiymətinin kəskin bahalaşdığı iddia olunur. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar paylaşım edərək narazılıqlarını ifadə ediblər. Məsələ ilə bağlı “Xəzər TV”-də süjet də yayımlanıb. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidmətindən məsələyə aydınlıq gətirilərək açıqlama verilib. Bildirilib ki, hazırda Tbilisi-Bakı marşrutu üzrə avqust ayının sonunadək olan bütün ekonom sinif biletləri satılıb və satışda yalnız biznes sinif yerləri qalıb. Elə bu səbəbdən qiymətlərin kəskin artması təəssüratı yaranır. Halbuki ekonom və biznes sinif arasında olan fərq beynəlxalq aviasiya praktikasında qəbul olunmuş standartdır. Qeyd olunub ki, AZAL hər gün Bakıdan Tbilisiyə beş reys həyata keçirsə də, yay mövsümündə artan tələbat səbəbi ilə biletlər, adətən, uçuşdan bir neçə həftə əvvəl tamamilə satılır: "Buna görə də biz sərnişinlərə səyahətlərini öncədən planlaşdırmağı və biletləri mümkün qədər erkən almağı tövsiyə edirik. Bu cür yanaşma həm daha münasib qiymətə bilet əldə etməyə, həm də yalnız bahalı siniflərin qaldığı hallardan yayınmağa kömək edir”. 

Əlavə edilib ki, sözügedən istiqamətdəki yüksək tələbatı nəzərə alaraq Azərbaycan Hava Yolları aviaşirkəti texniki imkanları çərçivəsində avqust ayında əlavə reyslər həyata keçirməyi planlaşdırır. Əlavə reyslərdə aviabiletlərin qiyməti minimal tarifdən başlayacaq. Bakupost.az bildirir ki, dünən AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırdığı barədə məlumat yayılıb. Vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.

İqtisadçı Natiq Cəfərli Sherg.az-a açıqlamasında qeyd etdi ki, AZAL-ın istinad etdiyi məsələ doğrudur. Beynəlxalq standartlarda da belədir ki, ekonom-klass biletlərlə biznes-klass biletlərinin qiymətləri daha baha olur. Amma bu, nəticənin izahıdır. Səbəb isə tələbin çox olmasıdır. Tələb çoxdursa, təklif də artmalıdır: 

Seçilən
24
5
sherg.az

10Mənbələr