AZ

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb, cinayət işi açılıb - Rəsmi

Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb...

Bu barədə Poliqon-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

***

Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.

Bu barədə Poliqon-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
53
43
poliqon.info

10Mənbələr