AZ

Xocalıya qonaq gedən 17 yaşlı yeniyetmə yanğına səbəb oldu

Avqustun 6-da Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
 

Bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.


Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

M.Mirzəyev məsuliyyətə cəlb olunub.

Bizim.Media

Seçilən
4
24
bizim.media

10Mənbələr