AZ

BDU-nun Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə mütəxəssis hazırlanır

Bakı, 6 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində 9 kafedra fəaliyyət göstərir. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Fakültədə Riyazi analiz, Cəbr və həndəsə, Diferensial və inteqral tənliklər, Funksiyalar nəzəriyyəsi və funksional analiz, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları, Hesablama riyaziyyatı, Riyaziyyat və onun tədrisi metodikası, Nəzəri mexanika və bütöv mühit mexanikası, Ali riyaziyyat kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır.

Bakalavriat səviyyəsində riyaziyyat ixtisası, riyaziyyat müəllimliyi və mexanika ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Seçilən
22
1
azertag.az

2Mənbələr