Bakı, 6 avqust, AZƏRTAC
İyul ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin xəstələrdən 39-u dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir. Həmçinin onlardan 20-si ilan sancması, 3-ü allergik reaksiya, 3-ü botulizm, 2-si göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 1-i qadın, 2-si kişi olmaqla, 3 nəfər dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.