AZ

1260-cı gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1260-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 059 270 hərbçi, 11 072 ədəd tank, 23 091 ədəd zirehli döyüş maşını, 31 133 ədəd artilleriya sistemi, 1 455 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 475 ədəd avtomobil texnikası, 49 767 ədəd PUA, 3 555 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 936 xüsusi avadanlıq itirib.

Seçilən
26
24
axar.az

10Mənbələr