AZ

Diaspor Gənclərinin VI Yay Düşərgəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri” mövzusunda panel təşkil olunub (FOTO)

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli”nə həsr olunan DiasporGənclərinin VI Yay Düşərgəsində növbəti panel müzakirəsi işğaldanazad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərinə həsrolunub.

Trend xəbərverir ki, panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müaviniElşad Əliyevin moderatorluğu, Azərbaycan Respublikası PrezidentininLaçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədovun, AzərbaycanRespublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi AydınKərimovun, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli vəXocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovun vəXankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında “Tikinti, bərpaetməvə idarəetmə xidməti” Publik hüquqi şəxsin icraçı direktoru TelmanKərimlinin iştirakı ilə baş tutub.

Çıxışçılar “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azadedilmiş ərazilərdə aparılan irimiqyaslı infrastruktur layihələri,ağıllı kənd və şəhər modelləri haqqında geniş məlumat veriblər. Yolvə kommunikasiya xətlərinin çəkilişi, sosial obyektlərin inşası,həmçinin təbii və mədəni irsin bərpası istiqamətində həyatakeçirilən kompleks tədbirlərdən danışıblar.

Tədbir işğal müddətində erməni terroru nəticəsində maddiobyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinəçatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzulardamüzakirələrlə davam edib. Gəncləri maraqlandıran suallarcavablandırılıb.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək DiasporGənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI YayDüşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundanəvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən çox gənc qatılıb.

Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Diaspor
Seçilən
37
6
az.trend.az

7Mənbələr