Çinin cənub sahilində yerləşən Quangdonq əyalətində yeni virus yayılıb. Ağcaqanad vasitəsilə yayılan "Chikungunya" virusuna iyul ayında Foshan şəhərində 4,824 yoluxma halı qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) yaydığı məlumatda bildirilib. Virus əsasən "Aedes aegypti" və "Aedes albopictus" növlü ağcaqanad vasitəsilə yayılır. Xəstəlik yüksək hərarət, güclü oynaq ağrıları, əzələ ağrıları, baş ağrısı, ürəkbulanma və dəri səpgiləri ilə özünü göstərir. Simptomlar adətən bir neçə gün davam etsə də, oynaq ağrıları həftələrlə və aylarla qala bilər.Yoluxmanın artması səbəbindən Quangdonq əyalət hakimiyyəti “Vətənpərvər sağlamlıq kampaniyası” elan edərək “suyu təmizləmək, ağcaqanadları məhv etmək və sağlam evlər qurmaq” çağırışı edib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Guangdong əyalətindəki bu "Chikungunya" epidemiyası ilə bağlı səfər xəbərdarlığı yayıb. Rəsmi qurumlar xəstələrin karantinə alınması, ağcaqanad populyasiyasının nəzarətdə saxlanılması və bioloji mübarizə tədbirlərini gücləndirərək virusa qarşı mübarizə aparırlar.