Yeni mövsümdən 1-ci Liqada mübarizə aparacaq "Şəfa" heyətinə hücumçu cəlb edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Əmir İbrahimzadəni heyətinə qatıb.
21 yaşlı İbrahimzadə Təbriz təmsilçisi "Traktor"un yetirməsidir. Onun son iş yeri digər İran klubu "Aluminium Arak" olub. Əmir ilə 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Şəfa" ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksəlib. Komandanı gənc mütəxəssis Elgiz Kərəmli çalışdırır.
Nihat