AZ

TENDER: Generatorlara texniki xidmətin satınalınması

Finss.az - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi generatorlara texniki xidmətin satın alınması ilə bağlı tender elan edib. Tenderin ümumi məbləği 6.263,83 manat təşkil edir.

Satınalma çərçivəsində “Kj Power 630A” tipli generatorlarda 15w40 markalı yağın dəyişdirilməsi (50 litr), eləcə də yağ, yanacaq, yanacaq separator, su və hava filterlərinin yenisi ilə əvəz olunması nəzərdə tutulur.

Müsabiqənin dərc edildiyi tarix 6 avqust 2025-dir. Maraqlanan təchizatçılar təkliflərini 21 avqust saat 16:00-dək təqdim etməlidirlər. Eyni tarixdə saat 16:00-da zərflərin açılışı da həyata keçiriləcək.

Tenderdə iştirak üçün 12.52 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödənilməlidir. Hər iki məbləğ geri qaytarılmır (yalnız iştirakçı sayı 3-dən az olduqda istisna mümkündür).

Əlavə suallar və sənədlərlə bağlı müraciətlər üçün əlaqəli şəxs aparıcı mütəxəssis Elvin Həsənovdur. Onunla [email protected] elektron poçt ünvanı və +994 50 727 13 90 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Seçilən
10
14
fins.az

10Mənbələr