AZ

Bu ölkədə "Zara"-nın reklamlarına QADAĞA QOYULDU

"Zara"-nın iki reklamı İngiltərədə qadağan olunub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb reklama çəkilən modellərin həddən artıq arıqlığı olub.

Fotolarda modellərin körpücük sümükləri və ayaqları qəsdən ön plana çəkilib. Reklamla bağlı qurum da bunun sağlam olmayan bədən görünüşünün təşviq etmək anlamına gəldiyini əsas gətirərək fotoların yayımlanmasına icazə verməyib. 

"Zara"dan isə modellərin sağlam olduğunu və sadəcə işıq-rəng düzəlişi ilə belə göründüyünü bildiriblər.

Xeyrənsə Piriyeva

Seçilən
99
news24.az

1Mənbələr