"Neftçi"nin köhnə bazasının təmirə bağlandığını və həmin məkanda məşq edən bir neçə komandanın başqa meydan axtarmaq məcburiyyətində qaldığı barədə xəbər vermişdik. Onlardan biri də ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqada oynamaq hüququ qazanan, qarşısına çempionluq məqsədi qoyan "Şəfa"dır. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb çalışdırdığı kollektivin harada məşq edəcəyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Müvəqqəti olaraq Buzovnada, "Baku Sportinq Arena"da məşq edirik. Açığı, Buzovnadakı meydanın vəziyyəti heç də ürəkaçan deyil. Avqustun 8-dən Bakı Olimpiya Stadionunun köməkçi meydanında hazırlaşacağıq".
Nihat