Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.
“AzPolitika" xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun ölüm səbəbi müəyyənləşib.
"Qaynarinfo"-nun məlumatına görə, Arif Məmmədov hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib.
Azərbaycan Karate-do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib.
Arif Məmmədovun nəşi sabah Azərbaycana gətiriləcək və doğulub böyüdüyü Gəncə şəhərində dəfn ediləcək.
Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.