AZ

AL: "Qarabağ"ın ÇL-dən uzaqlaşdırdığı "Şelburn" Xorvatiya təmsilçisi ilə qarşılaşır

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsi davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.

Əvvəlcə Latviyanın RFS komandası Finlandiya təmsilçisi "KuPS" kollektivini qonaq edəcək. Günün ikinci oyununda isə "Qarabağ"In Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində məğlub edərək mübarizədən kənarlaşdırdığı "Şelburn" ilə Xorvatiyanın "Riyeka" komandası üz-üzə gələcək.

Qeyd edək ki, mərhələnin cavab görüşləri 12 və 14 avqust tarixlərində keçiriləcək.

UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust

21:00. RFS (Latviya) - "KuPS" (Finlandiya)
22:45. "Riyeka" (Xorvatiya) - "Şelburn" (İrlandiya)

Seçilən
0
1
fanat.az

2Mənbələr