AZ

Müharibədən sonra reabilitasiya xidmətləri ilə təmin edilən qazilərin sayı açıqlandı

Bakı. Trend:

Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza vəReabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3600-dənçox qazi reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son illər reabilitasiyamərkəzlərinin müasir tələblərə uyğun qurulması və şəbəkəsiningenişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətindəmühüm işlər aparılıb.

Bildirilib ki, bu müəssisələrdə xidmət keyfiyyətinin əhəmiyyətlidərəcədə yüksəldilməsinə, xidmət göstərilənlərin illik sayının 10dəfədən çox, əlilliyi olan şəxslərə verilən reabilitasiyavasitələrinin illik sayının 3 dəfə artırılmasına nail olunub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər biri fərdireabilitasiya proqramı əsasında mütəmadi olaraq bərpa-müalicəkursları keçib, effektiv fizioterapevtik prosedurlara cəlbediliblər.

Bu kurslar onların səhhətində yaxşılaşmaya, reabilitasiyapotensiallarının reallaşdırılması istqiamətində mühüm irəliləyişəimkan yaradıb.

Qeyd edilib ki, Vətən müharibəsindən sonra Agentlik tərəfindən2350-dək qazimiz isə 79,4 min reabilitasiya vasitəsi, o cümlədən500-ə yaxın qazimiz 610-dan çox son nəsil yüksək texnologiyalıprotezlə təmin edilib.

Seçilən
81
8
az.trend.az

9Mənbələr