Bakı, 6 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması məqsədi ilə sərhədyanı rayonlarda əməliyyat tədbirləri intensivləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Cəlilabad rayonunda keçirilən əməliyyat zamanı 50 yaşlı rayon sakini Elşən Şəmmədov tutulub. Həmin şəxsdən 30 kiloqram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb.
Cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə etməsinə baxmayaraq, onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə olan əlbirliyi və ölkə ərazisində narkotik vasitələrin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.