ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və "Food City Agrocomplex"in birgə təşkilatçılığı ilə "Aqrar biznes və Şaftalı festivalı" keçiriləcək.
Oxu.Az xəbər verir ki, festival avqustun 7-si saat 16:00-da Xudat şəhərində yerləşən "Food City Agrocomplex"də təşkil olunacaq.
"Festival çərçivəsində nəğməli qonaqlar geniş konsert proqramı ilə zövqünüzü oxşayacaq. Siz də şaftalının məkanı olan Xaçmaz rayonunda bu meyvədən dadıb, mənalı istirahət etmək istəyirsinizsə, festivalda iştirak etməyə tələsin", - çağırışı edilən tədbirə həm xaçmazlılar, həm də şəhərin qonaqları dəvətlidirlər.
Xaçmazda "Aqrar biznes və Şaftalı festivalı" keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.