AZ

Gəncədə şəhid abidəsinə aparan yol BƏRBAD VƏZİYYƏTDƏ

Ajans.az-ın Gəncədəki vəziyyətlə bağlı paylaşdığı xəbərlərdən sonra şəhərdən şikayətlər gəlməyə davam edir.  Şəhər sakini Cavid Bəşirov şəhid ailələri adından qaynar xəttimizə müraciət edib.  O bildirib ki, Gəncə şəhəri Dos 84 adlı ərazidə qonşular tərəfindən şəhidlər üçün ucaldılıb. Abidənin yerləşdiyi ərazidəki asfalt örtüyü 2005-ci ildə çəkilib. Ancaq örtük indi bərbad vəziyyətdədir. Abidənin ətrafına çirkab suları yığılır və xoşagəlməz mənzərə yaranır. Ərazidə yerləşən körpüyə qədər asfalt örtüyü çəkilib, ancaq abidələr olan hissəyə çəkilməyib.  Həmin ərazidə uşaqların əyləncəsi üçün hər hansısa kiçik park və ya əyləncə yeri yoxdur. Avtomobil üçün nəzərdə tutulmuş körpü qəzalı vəziyyətdədir. Bundan başqa zibil qutularının işıqlandırma sistemi yoxdur. Gecə vaxtı küçə itləri həmin qutularının yanında toplanır və sakinlərə hücum edir.

Seçilən
11
Ajans.az

1Mənbələr