AZ

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Bakıda keçiriləcək ümumdünya forumuna dəvət edilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qahirə, 6 avqust, AZƏRTAC

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budeyvi 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev təqdim edib.

Görüşdə, həmçinin Azərbaycan və KƏŞ dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
1
azertag.az

2Mənbələr