AZ

İngiltərə Premyer Liqasını canlı yayımlayacaq Azərbaycan telekanalı məlum olub

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

"İdman TV" gələn həftə start götürəcək İngiltərə Premyer Liqasının oyunlarını yenidən canlı yayımlayacaq.

İdman.biz xəbər verir ki, keçən ildən fərqli olaraq, bu il yayım hüququ daha yaxşı şərtlərlə əldə edilib.

Ötən mövsüm tamaşaçılar Premyer Liqanın yalnız bir əsas oyununu seyr edə bilirdilər. Bu mövsüm isə bütün oyunların yayımlanması hüququ var.

Qeyd edək ki, uzun fasilədən sonra "İdman TV", həmçinin İspaniya La Liqasının oyunlarının eksklüziv yayım hüququna malikdir. La Liqanın oyunları da gələn həftədən start götürür.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
3
icma.az

4Mənbələr