AZ

“Bölgələrdə baha restoran qiymətləri paytaxtı da geridə qoyub” AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanın bir sıra turistik bölgələrində fəaliyyət göstərən restoranlarda qiymətlər paytaxtla müqayisədə qat-qat bahadır. Bu problem turistlər tərəfindən də tez-tez səsləndirilir”.Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.Ekspert bildirib ki, əslində bölgələrdə kənd təsərrüfatı məhsullarının ucuz olmasına baxmayaraq, bəzi restoranlarda qiymətlərin yüksək olması bir neçə səbəbdən qaynaqlanır:“Yüksək tələbat zamanı bəzi obyektlər qiymətləri qaldırır ki, bu da uzunmüddətli perspektivdə region turizminə zərər vurur.  Kiçik bölgələrdə restoran sayı az olduğuna görə rəqabət zəifdir, bu da sahibkarlara qiymətləri süni şəkildə artırmaq imkanı verir. Aidiyyati  qurumlar bölgələrdə qiymət monitorinqini aparmalı, turistlər üçün açıq platformalarda qiymət məlumatları əlçatan olmalıdır. Uzunmüddətli və davamlı turizm üçün bu məsələ ciddi şəkildə nəzarətə götürülməlidir. Əks halda turistlər bölgələri tərk edib alternativ ölkə və ya şəhərləri seçə bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
demokrat.az

2Mənbələr